192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
DİN və prokurorluq jurnalistin şikayətinə cavab verib
2018-11-24 12:42:53

Jurnalist Aytac Əhmədovanın polis bölməsində zorakılığa məruz qalması iddiasına Daxili İşlər Nazirliyindən (DİN) cavab gəlib. Nazirlik iddianı rədd edir.

Bu haqda AzadlıqRadiosuna A.Əhmədova özü bildirib.

Oktyabrın 3-də Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində bir qrup sakinin mənzil şəraitinə etiraz olaraq yolu bağlamasını lentə alarkən polisə aparılan, orda zorakılığa məruz qaldığını bildirən jurnalist vurğulayır ki, olayın araşdırılmasından ötrü Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət edib. Hər iki qurumdan jurnalistə yazılı cavab gəlib: «Daxili İşlər Nazirliyinin Daxili təhqiqatlar şöbəsindən gələn cavabda yazılır ki, müraciətimə Bakı Şəhər Baş Polis İdarəsində baxılıb. Yazırlar ki, aparılmış xidməti təhqiqat nəticəsində polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilməyib».

Jurnalistin sözlərinə görə, DİN ona tövsiyə edib ki, cavabdan narazı qalarsa, məhkəməyə müraciət etsin.

Jurnalistə vurğulamasına görə, Baş Prokurorluqdan göndərilmiş məktubda isə şikayətinin araşdırıldığı bildirilib: «Şikayətlə bağlı Bakı Şəhər Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsi cavab verib. Onlar yazırlar ki, şikayətim araşdırılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib. Sabunçu rayon prokuroru noyabrın 26-dək araşdırmanın nəticəsi haqda məlumat verməlidir».

Jurnalist yekun cavabdan razı qalmasa, məhkəməyə müraciət edəcəyini bildirib.