Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ekspert: ‘Azərbaycanın ümumi borcu göstəriləndən çoxdur’
2019-05-22 14:56:03

Hesablama Palatası 2018-ci ildə Azərbaycan dövlət borcunun ümumi həcmini açıqlayıb. Açıqlamaya əsasən, bu il yanvarın 1-nə olan məlumata görə, borcun ümumi məbləği 16, 5 milyard manat təşkil edib. Bunun 15 milyard manatı (92 faizi) xarici, 1, 3 milyard manatı isə (8 faizi) daxili dövlət borcuna aiddir.

Azadlıq Radiosu yazır ki, iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın dövlət borcu əslində daha çoxdur, sadəcə hesablama metodikası düzgün deyil:

“2017-ci ilin yanvarın 1-nə Azərbaycanın rəsmi xarici borcu 6 milyard dollar olub. 2018-ci ilin yanvarın 1-nə isə 3 milyard dollara yaxın artıb. Bu ilin yanvarın 1-nə cüzi azalma var və borc 9 milyard dollara qədər aşağı düşüb. Əslində Azərbaycanda xarici borcun hesablama qaydaları doğru deyil. Beynəlxalq praktika ilə müqayisədə Azərbaycanda xarici borcun hesablanması fərqlənir”.

İqtisadçının vurğulamasına görə, 2017-2018-ci illərdə bağlanmış kredit müqavilələr var ki, onların bir qisminin alacaqları bu ilin sonuna təsadüf edəcək:

“Yəni kredit müqaviləsi bağlanıb vəsait isə hələ də alınmayıb, amma onu borc kimi yazıblar. Bu beynəlxalq praktikaya uyğun deyil”.

SOCAR-ın borcu

Ekspert qeyd edir ki, ikinci ən böyük fərq ondan ibarətdir ki, bütün ölkələrdə dövlət zəmanətilə alınmış istənilən borc xarici borc kimi qeyd olunur. Onun vurğulamasına görə, Azərbaycanda isə dövlət zəmanəti ilə alınan bəzi borclar xarici borca daxil edilməyib:

“SOCAR-ın, “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin və başqa dövlət qurumların milyardlarla xarici borcu var. Həmin borclar da dövlət zəmanətilə verilib. Dolayısı ilə bu da dövlət borcu kimi qeydiyyata düşməlidir”.

Natiq Cəfərli deyib ki, Azərbaycanda statistika ona görə belə aparılır ki, rəsmi rəqəmlər aşağı düşsün və ümumi daxili məhsula (ÜDM) düşən borc həcmi yüksək olmasın. “Başqa ölkələrə nisbətən vəziyyət daha yaxşı görünsün”, deyə iqtisadçı qeyd edib.