Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
REAL Partiyasının sədri polisə çağırılıb
2019-05-22 16:36:24

“Respublika Alternativ” (REAL) Partyasının sədri İlqar Məmmədov mayın 22-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Amerikaninsesi.org yazır ki, bu barədə partiyanın icra katibi Natiq Cəfərli bildirib.

Natiq Cəfərli deyib ki, İlqar Məmmədovun şəhər polis idarəsinə çağrılması partiyanın mayın 28-də İstiqlaliyyət küçəsində 1918-20-ci illər Xalq Cümhuriyyəti qurucularının abidəsi önünə əklil qoymaq istəməsi niyyəti ilə bağlı ola bilər: “Bu adi prosedurdur. Hər il ora əklil qoyuruq. Partiya sədrinin də çağırılmasına ancaq bunu ehtimal edə bilirəm. Başqa hər hansı səbəb görmürəm,” Cəfərli qeyd edib.

İlqar Məmmədov polis idarəsinə getdikdən sonra münasibət bildirəcəyini yazıb.

2018-ci il mayın 28-də REAL Partiyasının üzvləri Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyilə bağlı bəhs edilən abidə önünə əklil qoymaq və yürüş keçirmək istəmələri polis müqavimətilə üzləşib. Partiya sədrinin müavini Azər Qasımov və bir sıra partiya üzvləri İnzibati Xətalar Məcəlləsinin maddələrini pozmaqda təqsili bilinərək inzibati cəzaya məhkum edilib.