Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Mher Grigoryan İsveç nümayəndə heyətinin üzvləri ilə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdi
2019-05-22 15:19:25

Baş nazirin müavini Mher Qriqoryan İsveç Krallığının Ermənistandakı səfiri Urlik Tidestryomun başçılıq etdiyi İsveç Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin nümayəndələrini qəbul edib.

Bu haqda Hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Baş nazir müavini Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə olan əməkdaşlığa toxunaraq, ölkədə Hökumətin prioritetləri vı həyata keçirilən islahatları qısaca təqdim etdi. İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin Avropa və Latın Amerikası Şöbələrinin direktor müavini Kristina Hartler agentliyinin məqsədlərini və yardım proqramının üç istiqamətləri (ətraf mühitin mühafizəsi, demokratiya və iqtisadi inkişafı) təqdim etdi.
 

Baş nazir müavini qeyd edilən istiqamətlərinə dair Ermənistanda mövcud olan problemləri və bu problemlərin aradan qaldırılması istiqamətində təklif olunan islahatlarına da toxunub. Bu çərçivədə İsveç Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi ilə əməkdaşlığın inkişaf etdirilməsi mümkündür.

Mher Grigoryan Ermənistan üçün ER-Aİ Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq üzrə sazişin əhəmiyyətini vurğulayaraq, sazişin həyata keçirilməsinin yol xartiəsi təzliklə təsdiq ediləcəyini bildirib.

Görüş iştirkçıları Ermənistan-İsveç ikitərəfli əməkdaşlığının inkişaf imkanları və perpektivləri barədə fikir mübadiləsi aparıblar.