Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Bu il prosesslər proqramıyla AB tərəfindən Ermənistana ayrılan yardım 25 milyon avroyla artırılıb
2019-05-23 11:48:16

Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qrikoryan, Avropa komissiyasının Qonşuluq məsələləri üzrə  baş müdirliyin Ermənistan, Azərbaycan, Belarus və Şərq Tərəfdaşlığı məsələləri üzrə rəhbəri Vasilisa Maraqosun  başçılıq etdiyi nümayəndəliyi qəbul edib.Görüşdə AB nümayəndə heyətinin  rəhbəri Peter Svitsalski də iştirak edib. ER Baş naziri idarəsindən verilən məlumata görə, Mher Qrikoryan qonaqlara ER-AB Təffərrüatlı və genişlənmiş tərəfdaşlıq razılaşmasının Yol xəritəsinin aşılanmasını təhlil etmək prosessini təqdim edib. Vasislis Maraqos Baş nazir müavinini məlumatlandırıb ki, Avropa Birliyi 2019-cu ilədək fəaliyyət planı çərçivəsində Ermənistana göstərilən köməyi 25 milyon avroya kimi artıracaq ki,  o da ümumi baxımdan 65 milyon avroya çatdırıldı. 2019-cu ilə nəzərdə tutulan layihələr, enerji səmərəliliyi, ətraf mühitin mühafizəsi sahəsində həyata keçiriləcək və cəmiyyətin inkişafına və vətəndaş cəmiyyətinin potensialının artırılmasına, həmçinin investisiya layihələrini həyata keçirəcəkdir.