Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
“Moody’s”: Azərbaycan iqtisadiyyatı hələ 25-30 il enerji resurslarından asılı olacaq
2019-05-23 14:25:55

Azərbaycanda aparılan iqtisadi islahatlar iqtisadiyyatın elastikliyini və valyuta bazarının sabitliyini dəstəkləmək üçün müsbət rol oynaya bilər. ONA-nın xəbərinə görə bunu Bakıda keçirilən “Moody’s”in Azərbaycandakı illik konfransında təşkilatın eksperti Kristian Fanq deyib.
Onun sözlərinə görə, buna baxmayaraq ölkə iqtisadiyyatının enerji resurslarından asılılığı davam edəcək.

“Son illərdə Azərbaycanda iqtisadiyyatın elastikliyini və valyuta bazarının sabitliyini dəstəkləmək üçün mühüm rol oynaya biləcək müxtəlif iqtisadi islahatlar aparılıb. Hazırda Azərbaycan hələ də enerji resurslarından çox asılıdır. Bənzər bir vəziyyət növbəti 25-30 ildə davam edəcək”, – deyə K. Fanq əlavə edib.