Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Mayın 29-da AİHM Böyük Palatası İlqar Məmmədovun işi üzrə qərarını elan edəcək Siyasət
2019-05-23 17:00:00

Mayın 29-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Böyük Palatası REAL Partiyasının lideri İlqar Məmmədovun işi üzrə qərar qəbul edəcək.

İş "İlqar Məmmədov Azərbaycana qarşı" işi üzrə 46 § 4 maddəsinin pozulmasının müəyyən edilməsi üzrə aparılıb. Bu barədə AİHM-in saytında dərc olunmuş məlumatda deyilir.

Söhbət Azərbaycan hakimiyyətinin İ.Məmmədovun 2013-cü il İsmayıllı hadisələri ilə bağlı həbs edilməsinin qanunsuz olması barədə AİHM-in 22 may 2014-cü il qərarını icra etməməsindən gedir.

Məhkəmə müəyyən edib ki, İ.Məmmədovun cinayət törətməsilə bağlı heç bir şübhə olmayıb. AİHM hesab edib ki, ona qarşı cinayət ittihamının irəli sürülməsində məqsəd onu susdurmaq və ya hökuməti tənqid etdiyinə görə cəzalandırmaq olub.

2014-cü ilin dekabrında Nazirlər Komitəsi ilk dəfə olaraq işə baxıb və İ.Məmmədovun dərhal azad edilməsinə çağırıb.

Sonradan Komitə dəfələrlə bu çağırışı təkrar edib, lakin hakimiyyət İ.Məmmədovu azad etməkdən imtina edib.

2017-ci ilin oktyabrında AŞ Nazirlər Komitəsi Azərbaycanı rəsmən xəbərdar edib ki, Konvensiyaya uyğun olaraq AİHM-in 2014-cü il qərarına əməl etmək barədə Konvensiya öhdəliyini yerinə yetirməyib.

Bununla əlaqədar AŞ tarixində ilk dəfə olaraq Avropa Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq üzv dövlətin təşkilat qarşısında öhdəliyini yerinə yetirməməsi üzrə prosedur başlayıb.

Nazirlər Komitəsinin müraciəti baxılmaq üçün 2017-ci il dekabrın 11-də AİHM katibliyinə verilib və sonra Strasburq məhkəməsinin Böyük Palatasına daxil olub.

*İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı hadisələri ilə əlaqədar həbs edilərək 7 il azadlıqdan məhrum olunmuşdu. 2018-ci ilin avqustunda Şəki Apellyasiya Məhkəməsi qalan cəzanı 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəz edərək onu həbsdən azad edib.

Martın 28-də Ali Məhkəmə İlqar Məmmədovu 2 il sınaq müddəti olmaqla şərti cəzadan azad edib