192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AXCP fəalı: Bu mənə və ailəmizə təzyiqdir
2018-11-26 11:18:00

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatının fəalı Rauf Əbdurəhmanlının qardaşı Ramin Əbdürəhmanlı saxlanılıb."Azadlıq.info"nun bildirdiyinə gorə, bu bardədə Rauf Əbdürəhmanlı bildirib.

Qardaşının Şəkidə yaşadığını, heç bir siyasi fəaliyyəti olmadığını, maldarlıqla dolandlığını deyən Rauf Əbdürəhmanlı onun saxlanmasını və 10 sutka inzibati cəza verilməsini əsassız sayır: “Bu inziabti cəza əslində mənə, ailəmizə təzyiqdir”, deyə R.Əbdürəhmanlı qardaşının bu il noyabrın 22-də saxlanılaraq cəza almasına münasibət ifadə edib.

R.Əbdürəhmanlı deyir ki, bu ilin iyununda özü də 30 sutkalıq cəzaya məruz qalıb: “Həmin vaxt məni iyun ayında geçə ilə Şəki polisinə təhvil verdilər və rayona apararaq mənə 30 sutka inzibati cəza verildi. Amma cəzanı çəkib çıxdığım gün məni Şəki Rayon Polis İdarəsində müstəntiqin yanına göndərdilər və müstəntiq dedi ki, mənə qarşı cinatəy işi də açılıb, bir də sosal şəbəkələrdə çıxış etsəm cinayət işi açılacaq”.

R.Əbdürəhmanlı bunu da bildirir ki, 2014-cü ildə özü, 2016-cı ildə isə qardaşı işlədikləri müəssisədən azad olunublar.