192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan iqtisadi rəqabətdə öz mövqeyini 9 pillə artırıb
2018-11-26 14:56:03

2018-ci ildə Ermənistan iqtisadi rəqabətdə misilsiz irəliləyiş əldə edib. İqtisadi rəqabətin qorunması üzrə Dövlət Komitəsinin sədri Artak Şaboyan jurnalistlərə verdiyi müsahibədə bu haqda  bildirib.

“Ümumdünya İqtisadi Forumu dünyanın hər yerində rəqabət mühitini qiymətləndirən yeganə təşkilatdır ki,   o  da illik  hesablamalarına görə,  dünyanın bütün   ölkələrində beynəlxalq  mühiti  hesablaya bilir.Bu ilki qiymətləndirmələrlə Ermənistan  2018-ci ildə  iqtisadiyyat rəqabəti  sahəsində öz mövqeyini 9 pillə artırıb və ötən illə müqaayisədə, indi dünyanın 28 ölkəsində deyil, dünyanın 140 ölkəsi arasında 19-cu yeri tutur”-deyərək Şaboyan  bəyan edib.ER  bu baxımdan Avrasiya İqtisadiyyat ittifaqına üzv  ölkələri sırasında irəliyə keçib, Rusiya  63-cü yeri,Qazaxıstan  84-cüyeri,Qırğızıstansa  102-ci yeri tutur. “Biz eləcə də regionda, MDB ölkələrində və Şərqi Avropada bir sıra ölkələri   ötmüşük. Gürcüstan 80-ci, Litva 87-ci, Latviya 58-ci, Slovakiya 82-ci, Macarıstan 99-cu, Moldova-119, Türkiyə isə 86-cı yerə sahibdir. Yüksək konsentrasiyası olan, yəni dominant təsərrüfat subyektləri olduğu yerlərdə, ictimai əhəmiyyətli əmtəə bazarlarına böyük diqqət yetiririk, çünki onlar öz mövqelərini istismar etmək üçün də istifadə edə bilərlər”-deyərək Artak Şaboyan  bildirmişdir.