192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa Məhkəməsinin Rafiq Tağı ilə bağlı qərarı gözlənilir
2018-11-26 15:00:00

2011-ci ilin noyabrın 19-da bıçaqlanan, 4 gün sonra xəstəxanada vəfat edən yazıçı-jurnalist Rafiq Tağının işi ilə bağlı tezliklə Avropa Məhkəməsinin qərarının elan edilməsi gözlənilir.

Məlumatı Meydan TV-yə Rafiq Tağının vəkillərindən Rəşid Hacılı verib.

Bu işlə bağlı Avropa Məhkəməsində R.Hacılı ilə yanaşı, Böyük Britaniyadan olan bir neçə vəkil də təmsil olunur.

R.Hacılının sözlərinə görə, bıçaqlanandan sonra xəstəxanada vəfat edən R.Tağının ölümü ilə bağlı cinayət işi açılsa da, Azərbaycan hökuməti onun ölüm işini effektiv araşdırmayıb:

“R.Tağının bıçaqlanması, amma ölümdən xilas olmasına baxmayaraq, sonra xəstəxanada olarkən müəmmalı ölümü araşdırılmamış qalıb. Hökumət, istintaqı aparan qurumlar səmərəli istintaq aparmaq vəzifəsinin öhdəsindən gələ bilməyiblər. 2014-cü ildə bu iş üzrə icraat dayandırılıb. Prokurorluq cinayət işi üzrə belə qərar qəbul edib. Prokurorluq həmin qərarını belə əsaslandırıb ki, təqsirləndirilən qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq, iş üzrə icraat dayandırılıb. Bu işdə Avropa Konvensiyanın 2-ci maddəsi pozulub. Burada həm də 10-cu maddənin ciddi pozuntuları var”, - hüquqşünas deyir.

Onun sözlərinə görə, R.Tağının işi üzrə şikayətin Avropa Məhkəməsində araşdırılması ötən ildən bitib.

“İş Avropa Məhkəməsində qərar verilmə mərhələsindədir, qərarı gözlənilir”.

Rəşid Hacılı bildirib ki, Avropa Məhkəməsi yaxınlarda həm də Rafiq Tağının başqa bir şikayəti ilə bağlı qərarını elan etməlidir: