192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda sökülən evin sakinləri Nazirlər Kabineti və FHN-ə şikayət etdilər
2018-11-26 14:22:00

Bakıda sökülən “Ziyalılar evi”nin (“Akademiklər evi”) sakinləri Azərbaycanın “Gilan İnşaat” tikinti şirkətinin rəhbərliyi ilə bağlı Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyinə (FHN) şikayət ediblər.

Bu barədə sakinlərin Oxu.Az-ın redaksiyasına göndərdikləri şikayət məktubunda deyilir.

Məktubda qeyd edilir ki, akademik Şəfayət Mehdiyev küçəsi 16, 546-cı kvartal və Hüseyn Cavid prospekti 26-da yerləşən, daha çox “Ziyalılar evi” kimi tanınan on bloklu binanın sakinlərinin köçürülməsi Azərbaycan baş nazirinin 2009-cu il 24 aprel tarixli 072 nömrəli qərarı ilə 2010-cu ilin fevralında həyata keçirilib. Həmin vaxt köçürülmə, layihələndirilmə və yeni binanın tikintisi ilə bağlı bütün məsələlər Azərbaycan Fövqəladə Hallar Nazirliyinə tapşırıldı.

Sakinlərin məktubunda göstərilib ki, Azərbaycan baş nazirinin köçürülmə ilə bağlı qərarı FHN-ə sakinlər qarşısında bəzi öhdəliklər qoyurdu, o cümlədən: yeni binanın layihəsinin hazırlanması, podratçının müəyyən edilməsi və tikinti prosesinə nəzarətin həyata keçirilməsi.

Məktubda qeyd edilir ki, bütün sakinlərə zəmanət məktubu təqdim edilib. Həmin məktuba əsasən, FHN sakinlərə sökülmüş mənzillərin sahəsindən 20 faiz çox olan yaşayış yerləri ilə təmin etməli, həmçinin binanın Dövlət Qəbul Komissiyası tərəfindən qəbulunu təşkil etməli və sakinlərə yeni yaşayış yerlərinin sənədlərinin verilməsini təmin etməli idi.

Sakinlər müsbət hal kimi qeyd ediblər ki, FHN onların müvəqqəti mənzillərə köçürülməsini təşkil edib və icarələrini vaxtında ödəyib. Lakin tikinti işlərinin iki il müddətində davam edəcəyi ilə bağlı razılaşmaya baxmayaraq, sakinlər yeni mənzillərinə köçürülmələrini yeddi ildən çox gözləməli olublar.

2017-ci ilin yayına sakinlərin əksəriyyəti qanuni mənzillərinə köçə biliblər. Ancaq köçürülmədən sonra məlum olub ki, şəhərin ən yaxşı binalarından birinə namizəd olan tikilidə əsas kommunikasiya xidmətləri işləmir:

Məktubda eləcədə deyilir ki, “Gilan İnşaat” rəhbərliyi sakinlərin onların problemlərini həll etmək və normal şərait yaratmaq xahişlərinə lift və qazın verilməsini dayandırmaqla hədələyir.