192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda nazir və icra başçılarının maaşları
2018-11-26 15:50:00

"Oxu. az"ın bildirdiyinə görə,  Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilinin  əməkhaqqı artırılıb.

Mənbə Fed.Az-a istinadən xəbər verir ki, Ombudsmanın maaşı 2230 manata yüksəldilib (buna qədər 2025 manat).

 Azərbaycanda dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıda təqdim edirik. 

Azərbaycanda baş nazir 2460 manat, baş nazirin birinci müavini 2160 manat, nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi 1925 manat, digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri 1595 manat, Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini 1375 manat,Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini 1280 manat, digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini 1155 manat maaş alır.