192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
'Badamdarda gərginlik artıb'
2018-11-26 15:44:37

«Son günlər yağan yağışlar Badamdar sürüşmə zonasında gərginliyi bir az da artırıb».

"Azadlıq.orq"un bildirdiyinə görə, bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, torpaq kütlələri var ki, yağış suları altında tədricən ağırlaşaraq sürüşmənin artmasına səbəb olurlar: «Odur ki, prosesin başa çatmasını söyləmək olmaz, proses davam etməkdədir».

Ekspedisiya rəhbəri deyib ki, həmin ərazidə əvvəllər qrunt suları olmayıb: «Tədricən ərazidə əhali məskunlaşdıqca, evlər tikildikcə, bu əmələ gəlib. Belə ki, kanalizasiya suları birbaşa təbiətə axıdılıb, nəticədə bu qrunt suları əmələ gəlib, yəni, bu insan faktoru ilə bağlıdır».

Ə.Qaralov hesab edir ki, bu zonada çıxış yolu tikilmiş evlərin sökülməsində yox, kanalizasiya xəttinin çəkilməsindədir: «Mən özüm də evlərin sökülməsinin tərəfdarı deyiləm. Bu ərazidə məskunlaşdırmanı dayandırmaqla normal kanalizasiya xətti çəkilməlidir və bununla problem həllinin tapa bilər».

Keçən həftə ərazidəki durumla bağlı açıqlama verən baş nazirin müavini Hacıbala Abutalıbov demişdi ki, oradakı evlər sökülməldir. Baş nazirin müavinin vurğulamasına görə, Yaponiyadan Azərbaycana dəvət edilmiş ekspertlər də evlərin sökülməli olduğunu söyləyir. Ancaq söhbətin ümumilikdə neçə evdən getdiyi açıqlanmayıb.