Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
“Tərtər işi“ üzrə təqsirləndirilən şəxslərin qohumları etiraz edirlər
2019-05-29 13:54:46

Mayın 27-də Azərbaycan Hərbi Prokurorluğu qarşısında "Tərtər" işi üzrə öldürülmüş və həbs edilmiş hərbi qulluqçuların valideynlərinin və qohumlarının etiraz aksiyası keçirilib.

Turan agentliyinə əsasən, aksiya iştirakçıları övladlarına qarşı cinayət işinin əsassız olduğunu iddia ediblər.

"Oğlumu sübutsuz mühakimə ediblər, işgəncə veriblər. Mən prezident İlham Əliyevlə görüşmək istəyirəm", deyə etirazçılardan biri bildirib.

"Əsgərlərə işgəncə verərək, öz komandirlərinə qarşı ifadə verməyə məcbur ediblər, sonra işgəncə verərək vətənə xəyanət etdiklərini etiraf etməyə məcbur ediblər. Amma onların heç biri satqın deyildi", deyə başqa bir valideyn bildirib.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, saxlanılan hərbi qulluqçular və mülki şəxslərdən ibarət qrupu Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edib.