Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Dindar fəalın həbsxanadan hara aparıldığı barədə məlumat yoxdur
2019-05-29 17:02:49

"Müsəlman Birliyi" Hərəkatının koordinatoru, dindar fəal Əhsən Nuruzadənin saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində əlləri burularaq, naməlum istiqamətdə aparıldığı bildirilir. Bu barədə Meydan TV-yə dindar fəalın yaxınları məlumat verib. Onların bildirdiyinə görə, mayın 28-də məhbusların olduğu yataqxanaya gəlib, Əhsən Nuruzadənin qollarını burub aparıblar.

"Məhbuslar da məəttəl qalıb ki, nə baş verir. Bilinmir ki, Əhsəni cəzaçəkmə müəssisəsində "karsa" salıblar, yoxsa oradan götürüb aparıblar. Bizə də heç bir məlumat vermirlər. Qalmışıq belə, ürəyimiz partlayır nigarançılıqdan", - deyə Ə.Nuruzadənin ailə üzvləri bildirib.

Yaxınları deyir ki, Ə.Nuruzadə bir neçə gün əvvəl də heç bir əsas olmadan cərimə kamerasına salınaraq cəzalandırılmışdı.

İş günü olmadığından Penitensiar Xidmətdən məlumat almaq mümkün olmayıb.

İlahiyyatçı Taleh Bağırzadənin tərəfdarlarından olan Ə.Nuruzadə 2017-ci il oktyabrın 6-da həbs olunub. O, narkotik ittihamıyla 7 il azadlıqdan məhrum edilib.

Dindar fəal ittihamı rədd edir, narkotikin cibinə polislər tərəfindən atıldığını bildirir.

Ə.Nuruzadə son həbsindən əvvəl də iki dəfə saxlanılıb, günlərlə onun yaxınlarına yeri haqda heç bir məlumat verilməyib, ardınca da hər dəfə küçədə söyüş söydüyünə görə 10 sutka inzibati həbs cəzası verildiyi açıqlanıb.