Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
JMK: Azərbaycan hakimiyyəti յurnalistə qarşı ittihamlar ləğv etməlidir
2019-05-30 15:46:07

"Azərbaycan hakimiyyəti jurnalist Anar Məmmədova qarşı ittihamları ləğv etməli və onun müstəqil şəkildə fəaliyyət göstərməsinə imkan verməlidir." Bu barədə mərkəzi qərargahı Nyu Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi(CPJ) bəyanat yayıb.

Criminal.az internet saytının baş redaktoru Anar Məmmədov bu il martın 18-də Cinayət Məcəlləsinin dövlət əleyhinə çağırış, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib. Baş redaktorun apellyasiya şikayətinə iyun ayının 4-də Bakı Apellyasiya məhkəməsində baxılacaq.

Məmmədov CPJ-yə bildirib ki, ittihamların əsasında 2018-ci ilin iyul ayında ölkədə enerjinin kəsilməsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə əlaqədar yazılmış məqalələr durur.

"İctimaiyyəti baş verənlər haqqında məlumatlandırmaq jurnalistlərin işidir və hakimiyyət reportyorları cəzalandırmaq əvəzində onların işini dəstəkləməlidir,” CPJ-nin Avropa və Mərkəzi Asiya Proqramının Əlaqələndiricisi Gulnoza Said bildirib.

"Azərbaycan hakimiyyəti Anar Məmmədovun apellyasiya şikayətini qəbul etməli və ona qarşı təzyiqlərə son qoyaraq, qorxu hissi olmadan rahat şəkildə işləməsinə şərait yaratmalıdır”.

Jurnalistin özünün bildirdiyinə görə və onunla bağlı dərc olunmuş media hesabatlarında bildirilir ki, 2018-ci il iyulun 9-da Baş Prokurorluq Anar Məmmədovu prokurorluğa dəvət edərək, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların” və "qanunsuz çağırışların” yayılmasında ittiham edərək ona qarşı cinayət işi açıb.

Bu media hesabatlarında vurğulanıb ki, 2019-cu il mart ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu bu ittihamlarla günahkar hesab edərək, şərti cəza verib. Məmmədov bildirib ki, ona 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verib. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz. Həmçinin bu müddətdə o, hər hansı əlavə cinayətlərdə ittiham olunarsa, onun şərti cəzası həbs cəzası ilə əvəzlənəcəkdir.

Baş redaktor bildirir ki, ittiham olunduğu gün, Criminal.az saytı Azərbaycan ərazisində bloklanıb. Məmmədov CPJ-yə bildirib ki, onun vebsaytına Azərbaycanda ancaq VPN vasitəsilə daxil olmaq mümkündür.

Azərbaycanın Baş Prokurorluğu CPJ-nin Anar Məmmədovla bağlı sorğusina hələ cavab verməyib.