Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Jurnalist Aynurə Heydərovanın da səfər qadağası götürüldü
2019-05-30 16:32:04

Meydan TV-nin səlahiyyətli şəxslərinə qarşı açılmış cinayət işinə görə ölkədən çıxışı məhdudlaşdırılmış daha bir jurnalistin, Aynurə Heydərovanın səfər qadağası götürülüb.

Meydan TV-ə əsasən, bu barədə onun özü “Facebook” hesabında məlumat paylaşıb. Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Əhmədovun imzasıyla jurnalistin ailəsinə təqdim olunan sənəddə bildirilir ki, istintaqı aparılan cinayət işi ilə əlaqədar zərurətin aradan qalxması səbəbindən ölkədən çıxışa qoyulan məhdudiyyət götürülüb.

Aynurə Heydərova hazırda Azərbaycanda yaşamır. O, məhdudiyyət səbəbindən ailəsi ilə görüşə bilmirdi.