Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Vəkil Şəhla Hümbətovanı cəzalandırmaq istəyirlər
2019-05-30 17:57:50

Vəkillər Kollegiyası vəkil Şəhla Hümbətovanın barəsində intizam icraatına başlayıb. Bu barədə vəkil Facebook səhifəsində yazıb.

"İndicə Vəkillər Kollegiyasından zəng vurub dedilər ki, barəmdə intizam icraatı başlanıb. Əsas Mehman Hüseynovun işi ilə bağlı Penitensiar Xidmətin şikayətidir. İntizam icraatının başlanması barədə qərarın hansı tarixdə qəbul edildiyini soruşdum, dedilər ki, gəlin, burada qərar sizə veriləcək", - Ş.Hümbətova qeyd edib.

Vəkil bildirmişdi ki, 2019-cu ilin yanvar ayından cəzaçəkmə müəssisələrinə getməsinə maneələr yaradılıb.

O, məsələ ilə bağlı Vəkillər Kollegiyasına, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və ombudsman aparatına şikayət göndərib, ancaq məsələ həll olunmayıb.