Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Vəkil: Cəzaçəkmə müəssisəsinə girişimə maneələr yaradılır
2019-05-30 14:58:04

2019-cu ilin yanvar ayından başlayaraq vəkil Şəhla Hümbətovanın cəzaçəkmə müəssisələrinə getməsinə maneələr yaradılır. Bu barədə o, facebook səhifəsində yazıb.

Vəkil yazıb ki, lazımsız sənədlər tələb edirlər.

“Baxmayaraq ki, tələb qanunvericiliyə uyğun deyil, əməl edirəm. Bu dəfə də başqa bir məktub tələb edirlər. Həmin məktubu gətirirəm, yenə başqa sənəd istəyirlər...” vəkil qeyd edib.

Şəhla Hümbətova deyib ki, 2019-cu ilin yanvarına qədər cəzaçəkmə müəssisələrinə baş çəkməsi ilə bağlı problem olmayıb. Vəkil ona qarşı tətbiq edilən məhdudiyyəti barəsində yeni ittiham irəli sürülmüş bloger Mehman Hüseynovun hüquqlarının müdafiəsində tutduğu mövqeyi ilə əlaqələndirib.

Vəkil məhbusun aclıq etməsi və hüquqlarının pozulması faktlarını açıqlayıb. Hüseynovun məsələsi ölkədə və xaricdə böyük rezonans doğurub, Avropa Parlamenti xüsusi qətnamə qəbul edib. Bundan sonra cinayət işinə xitam verilib və Mehman Hüseynov birinci iş üzrə cəzasını çəkərək martda azadlığa çıxıb.

Hümbətova məsələ ilə bağlı Vəkillər Kollegiyasına, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və ombudsman aparatına şikayət göndərib, ancaq hələ heç bir reaksiya yoxdur.

“Məsələ ilə bağlı iki həftə əvvəl Vəkillər Kollegiyasına (Anar Bağırova), Ədliyyə Nazirinə, Penitensiar Xidmətin rəisinə və Ombudsmana şikayət göndərmişəm, amma, heç birindən cavab almamışam. Bundan əvvəl Vəkillər Kollegiyaysına gedərək sədr müavini Aydın müəllimə məsələni anlatmışam, söz verdi ki araşdırıb həll edəcək. İki gün sonra bildirdi ki, mən penitensiar xidmtlə danışdım, dedilər nəyisə pozuruqsa getsin versin məhkəməyə. Belə də edəcəm,” vəkil yazır.