Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Demokratik Qüvvələrin Milli Şurasının Koodinasiya Mərkəzinin üzvü məhkəməyə çağırılıb
2019-05-30 15:18:04

Demokratik Qüvvələrin Milli Şurasının Koodinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu mayın 30-da Abşeron rayon Məhkəməsinə çağırılıb. Bu barədə Yaqublu Amerikanın Səsinə müsahibəsində bildirib.

O güman edir ki, mayın 28-də Bakının Novxanı kəndində Respublika Günü münasibəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram mitinqi keçirməık üçün toplanan zaman polis tərəfindən saxlanılması ilə bağlı məhkəməyə çağırılıb.

“Yəqin ki, polis inizbati qaydada məhkəməyə iş göndərib. İndi məhkəmə ona baxacaq. Günam edirəm ki, barəmdə ya inzibati həbs seçəcək, ya da cərimə ediləcəm. Məhkəmənin barəmdə bəraət verəcəyinə inanmıram,” o Amerikanın Səsinə bildirib.

Yaqublu məhkəmə barəsində qərar qəbul edərsə yuxarı məhkəmə instansiyasına şikayət verəcəyini bildirib. “Bu qərar hüquqi nizhilizmi, özbaşınalıq ola bilər. Bayram günündə durduğum yerdə aparıb polis idarəsində saxlayıblar. İndi də məhkəməyə çağırırlar,”o deyib.