Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
MQ həmsədrləri DQ məsələsinin nizamlanması üçün konkret addımlar təklif edib
2019-05-31 10:00:48

ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 27-30-da regiona səfərinin yekunlarından sonra birgə bəyanatla çıxış etmişlər.

ATƏT MQ tərəfindən yayılan bəyanatda qeyd edilir ki, həmsədrlər İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ) və Stefan Viskonti (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik mayın 27-30-da regional səfərindədir. Səfər çərçivəsində onlar mayın 27-də Yerevanda Baş nazirlə, mayın 30-da isə Bakıda İlham Əliyevlə görüşüblər. Hər iki paytaxtda Xarici və Müdafiə nazirləri ilə görüş keçirmişlər. İnformasiyada qeyd olunub ki, mayın 28-də Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağın hakimiyyətləri ilə də görüşüblər. Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüşdük və Dağlıq Qarabağda isə Beynəlxalq Qızıl Xaç Komitəsinin  (BQXK)  nümayəndələri humanitar sahədə vəziyyətlə tanış oldular. “Səfərin əsas məqsədi təmas xəttində və beynəlxalq sərhəddə vəziyyətin qiymətləndirilməsi, habelə aprelin 29-da Vyanada Azərbaycan prezidenti və Ermənistan Baş nazirinin və aprelin 15-də Moskvada Xarici işlər nazirlərinin arasında müzakirə etmək olub. Həmsədrlər zəruri olduğu təqdirdə həll prosesində, o cümlədən humanitar tədbirlər və təhlükəsizlik tədbirləri ilə bağlı daha konkret addımlar atmağı təklif ediblər. Ermənistan və Azərbaycan Xarici işlər nazirləri həmsədrlərin tezliklə onların himayəsiylə görüşmək üçün təklifini qəbul etdilər,onun haqqında da konkret detallar müvafiq vaxtda məlumatlandırılacaq. Həmsədrlər son itkilərlə bağlı dərindən narahat olduqlarını bildirmiş və tərəfləri dözümlü, səbrli olmağa və eskalasiyadan çəkinməyə çağırmışdır”-deyərək bəyanatın mətnində bildirilir.