Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ermənistanda daha sadə investisiya prosedurunu nəzərdə tutan “eRegulations” platforması tədbiq olunub
2019-05-31 13:03:57

Biznes Armenia və BMT-nin  İnkişaf  proqramlarının əməkdaşlığıyla, Avstriyanın inkişaf agentliyinin maliyyələşdirilməsiylə yaradılmış “http://armenia.eregulations.org/” platforması sayəsində Ermənistanda  xarici investisiyalar proseduru  daha sadələşdirilib. Platforma “Elektron İdarəetmə Xarici investisiyaları cəlb etmək üçün vasitə kimi” proqramı çərçivəsində yaradılmışdır. Bu barədə Biznes Armenianın İctimai əlaqələrinin komandası bildirir.

Sistem  biznesin başlanması və biznes ilə məşğul olmaq üçün artıq 8 prosedur təqdim edir. 2018-ci ildə Ermənistan onun bir hissəsi oldu.  Dünyanın  digər 30 ölkədə olduğu kimi, Ermənistanda da xarici investorlara  biznes, intellektual mülkiyyət qeydiyyatı, iqamətgahın statusun əldə edilməsi prosedurları  addım-addım təqdim edilir.

İlin sonuna qədər  daha 10 prosedur sadələşdiriləcək. Platforma  Ermənistanın hökumətinin rəhbərliyinə veriləcək, o də sonra biznes və xarici investisiyaların  həyata keçirilməsi üçün limitsiz miqdarda prosedurların sadələşdirilməsi və təqdim edilməsi imkanı əldə edəcəkdir.