192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Xidməti müqavilə ilə işləyənlərin ödənişləri artacaq
2018-11-27 12:15:57

2019-cu ildən Azərbaycanda xidməti müqavilə ilə işləyənlərin ödənişlərində artım olacaq. Onlar yalnız vergiyə deyil, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) da böyük ödənişlər edəcəklər.

Belə ki, “Sosial sığorta haqqında’’ qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, gələn ildən etibarən mülki hüquqi xarakterli müqavilələrlə (yəni xidməti müqavilə ilə) işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25%-i qədər DSMF-ə ödəniş etməli olacaqlar.

Xidməti müqavilə ilə işləyənlər DSMF-ə Bakıda 26 manat, Sumqayıt və Gəncədə 23,4 manat, respublika tabeli şəhərlərdə 20,8 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15,6 manat, kənd yerlərində 13 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Gələn ildən isə bu məbləğ artıq gəlirin həcmindən asılı olaraq və 25 faiz təşkil edəcək.

İndiyədək bu ödənişlərin məbləği minimum əmək haqqının ən çoxu 20 faizini, yəni 26 manat təşkil edirdi.  

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Meydan TV-yə deyib ki, bu məsələdə tənzimlənmənin tərəfdarı olsa da, açıq qalan suallar var.
Liqa sədri hesab edir ki, işə götürənlər həddən artıq sui-istifadə edirlər.

Sahib Məmmədovun fikrincə, layihədə qarışıqlıq var: “Bilirsiniz, təqdim olunan layihədə qarışıqlıq var, biz buna aydınlığın gətirilməsini gözləyirik. Bu cür tənzimləmə mənə çatmır, suallar yaranır, mənafelərimizə toxunur. Belə çıxır ki, hər min manata güzəşt tətbiq olunmasa, 450 manat ödəməliyəm. Bu, artıq VÖEN-i bağlamaq deməkdir, başqa variant yoxdur. Xüsusilə aydın olmayan odur ki, bir vergi ödəyəcisinin yerinə o birisi sosial sığorta xərclərini ödəməlidir”.