Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
AİHM REAL lideri İlqar Məmmədovun hüquqlarının pozulduğunu təsdiq edib
2019-05-31 17:55:45

Tarixdə ilk dəfə Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Şurası Nazirlər Komitəsinin AİHM-nin İlqar Məmmədovun işi üzrə qərarının icra edilməməsi haqqında sorğusuna baxıb. Bu barədə Turan agentliyinə Məmmədovun vəkili Fuad Ağayev bildirib.

AİHM-nin Böyük Palatası Azərbaycanın İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 46-cı maddəsinin 1-ci paraqrafını - AİHM-nin qərarlarını icra etmək öhdəliyini pozduğu qənaətinə gəlib. 17 hakimin hamısı bunun lehinə səs verib", deyə Ağayev bildirib.

Vəkil qeyd edib ki, qərarda Azərbaycan hökumətinin məhdud addımlarının Avropa Məhkəməsinin Bakının "vicdanlı" davrandığı barədə nəticə çıxarmasına imkan vermir.

"Qərarın 192-ci paraqrafında deyilir: Məmmədovun işi üzrə ilk qərar və müvafiq restitutioin integrum öhdəliyi (əvvəlki müddəanın bərpası) dövlətin üzərinə AİHM tərəfindən sui-istifadə kimi qiymətləndirilmiş ittihamları ləğv etmək öhdəliyi qoyub. Amma ittihamlar ləğv edilməyib, əksinə, Məmmədov məhz bu ittihamlarla yenidən həbs edilib", deyə Ağayev qeyd edib.

İlqar Məmmədov və müdafiəçiləri hesab edirlər ki, AİHM-nin bu qərarı onu işinə Azərbaycan Ali Məhkəməsinin Plenumunda baxılması üçün əsas verir. Ali Məhkəmə onun işi üzrə bütün məhkəmə aktlarını ləğv etməli və cinayət hadisəsi olmadığına görə icraata xitam verməlidir ki, bu da bəraət deməkdir.