Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Zamira Hacıyeva ''Harrods'' mağazasında 16 milyon funtu necə xərcləyib?
2019-05-31 16:14:41

BBC-nin əldə etdiyi sənədlərdə həbsdəki bir bank işçisiylə evli bir qadının Londondakı məşhur “Harrods” mağazasında şübhə çəkmədən 16 milyon funt xərclədiyi görülüb.
"Meydan.tv" -ə əsasən, hazırda haqqında çıxan Açıqlanmayan Sərvət Əmri ilə (UWO) mübarizə aparan Zamira Hacıyeva 10 ildən artıq “Harrods”da etdiyi alış-verişlərdə ərinin çalışdığı banka aid olan 54 kredit kartından istifadə edib.
Hacıyeva indi Ali Məhkəməyə sərvətinin qaynağını izah edə bilməzsə, “Harrods”un yaxınlığında yerləşən 15 milyon funtluq evini və Berkşayə (Berkshire) bölgəsindəki qolf sahəsini itirmə riskiylə qarşılaşa bilər.
Hacıyevanın həyat yoldaşı Azərbaycanda ictimai bir banka rəhbərlik edib və bu bankdan milyonları oğurlama ittihamı ilə 15 il həbs cəzasına məhkum olub.
Ali Məhkəmə ondan da ingilis bank hesablarında olan puldan aldığı faiz xaricində hər hansı bir gəliri olmadan necə bu qədər varlı ola bildiyi haqda açıqlama istəmişdi.
BBC və bir sıra digər media qurumları da Hacıyevanın adını açıqlanması üçün uzun müddətdir apardıqları hüquqi mübarizəni qazanıb.
Hacıyevanın Milli Cinayət Təşkilatı (NCA) əleyhinə apardığı hüquqi mübarizədə ilk dəfə olaraq ortaya çıxan sənədlər təşkilatın Hacıyevanın gündəlik xərclərini və qarışıq ofşordakı daşınmaz əmlak qeydlərini uzun müddətdir necə araşdırdığını göstərir.
Böyük Britaniyada daimi oturum haqqına sahib olan Hacıyevanın evi Londonun ən lüks bölgələrindən biri olan Naytsbricdə (Knightsbridge) yerləşən “Harrods” mağazasına beş dəqiqəlik məsafədədir.
Mağazanın xüsusi avtomobil parkında Hacıyevaya məxsus iki park yeri də var.
Məhkəmə işində ən mühüm sübutlardan biri “Harrods”dan aldığı mağaza kartında 93 səhifəlik alış-veriş siyahısının olmasıdır.
Azərbaycandan köçəndən sonra İngiltərədə məskunlaşan Hacıyevanın xərcləri başda bu qədər şişirdilmiş deyildi.
“Harrods” rəhbərliyi BBC-ə açıqlama verərək deyib ki, mağaza istintaqa tam şəkildə kömək və əməkdaşlıq edir.
NCA-nin hədəfi “Harrods”da edilən xərcləri geri almaq deyil. Onlar Hacıyevanın Londondakı evini və qolf sahəsini müsadirə etmək niyyətindədirlər.
NCA-nin auditoru Nikola Bartlet "Mülkiyyət mürəkkəb bir şəkildə satın alınıb. Hacıyevanın əmlakla münasibəti sirlidir," o deyib.
Hacıyevanın Knightsbridge bölgəsində yerləşən evi 2009-cu ilin dekabrında “Vicksburg Global Inc.” adlı bir şirkət tərəfindən 11,5 milyon funt ödənərək satın alınıb.
Sənədlər Britaniya Virgin Adalarındakı bu şirkət ilə Hacıyeva arasında necə bir bağ olduğunu göstərir. Şirkətin direktoru Azərbaycan vətəndaşı Elmar Bağırzadədir. Bağırzadə həmçinin 33 milyon funtluq “Gulfstream” təyyarə modelini satın almış İngiltərədə yerləşən “Berkeley Business Ltd” adlı şirkətin direktorudur. Britaniya qanunvericiliyinə görə, şirkətlər öz səhmlərinin dörddə birindən çoxunun adını açıqlamalıdırlar.
“Berkeley” şirkətində isə bu adamlardan biri Hacıyevanın əri Cahangir Hacıyevdir. NCA British Virgin adalarındakı şirkətin Hacıyeva ilə əlaqəsini onun viza müraciəti ilə tapıb. Belə ki, Hacıyeva vizaya müraciət edərkən Daxili İşlər Nazirliyinə ev sahibi olan şirkətin səhmdarı olduğunu söyləyib. Berkşayədəki Mill Rayd (Ride) qolf klubunun sahibliyi isə daha mürəkkəbdir.
Bu sahə də Guernsey adasında təsis edilmiş bir şirkət yoluyla satın alınıb. Hacıyevanın Sardiniya adasında bir villaya və Azərbaycanda mülklərə sahib olduğu qeyd edilir.