Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Anna Nağdalyanın şərhi: “Bakı öz dezkonstruktiv siyasətçilik günahını ER və Artsax üzərinə yıxmağa cəhd edir”
2019-05-31 15:52:17

Danışıqlar üçün uyğun bir atmosfer yaratmaq təklifi Ermənistana məxsusdur.Bu haqda Aysor.am ilə söhbətində ER XİN mətbuat katibi Anna Nağdalyan bəyan edib. Azərbaycanın XİN –nin “ erməni tərəfini özünün hərbi xidmətçisini öldürməkdə günahlandırmaqla, təsəvvür edirlər ki, erməni tərəfinin sülh mühiti barədə çağırışları saxtadır və əslində Ermənistan danışıqları qapantıya aparmaq istəyir” bəyanatına dönməklə Nağdalyan deyib:“Erməni tərəfi təklif etdiyi şeyləri inkar edə bilməz, nəyi ki, xüsusən məhz özü təklif etmişdir. Bölgədəki atmosfer əsasən Düşənbədə əldə edilmiş razılaşmalara yönəlib və o da  qorunub. Ermənistan və Artsax öz öhdəliklərinə sadiqdirlər”.

“Bildiyiniz kimi, Artsax kəskinliklə ordu xidmətçisinin öldürülməsi ilə bağlı Azərbaycan tərəfinin yaydığı məlumatı təkzib edib və qeyd edir ki,Azərbaycan tərəfi ittiham  etdiyindən öncə, iddia edilən hadisə ilə əlaqədar fərz etdiyinin əslini bilmək üçün araşdırma  aparsaydı daha düzgün olardı”-deyərək Xarici işlər nazirliyinin mətbuat katibi bildirib.

Anna Naghdalyan vurğulamışdır ki, atəşkəs pozuntularının araşdırılması üçün mexanizm mövcud olarsa ,o zaman  atəşkəs pozuntularına dair yanlış məlumatların yayılması təbii ki,mümkün olmayacaqdır.

“Diqqətəlayiqdir ki, məhz Azərbaycan tərəfinin inkar etməsi səbəbindəndir ki, bu günə kimi həmin mexanizm yerləşdirilməyib. Yaranmış vəziyyətdə araşdırıcı mexanizm yaradılması üçün 2016-cı ildə Vyana və Sankt Peterburq sammitlərində əldə olunan şərtləşmələrin həyata keçirilməsi mühümlüyünü vurğulayıb.Həm də diqqətəlayiqdir ki, hərbiçinin ölümündə erməni tərəfini günahlandıran Bakı bu məlumatı həmsədrlərin regiona səfəri ərzində yaymaqdadır. Bu yalnız  danışıq prosessini qapatmaq və həmsədrlər tərəfindən qeyd edilən qarşıdakı görüşləri məğlubiyyətə uğratmaq cəhdidir”-deyərək o qeyd edib. Nağdalyanın sözlərinə görə, belə yalan xəbərləri yayan Bakı özünün dezkonstruktiv siyasətinə görə günahı digərləri, Ermənistan və Artsax üzərinə yıxmağa can atır. 

“Bununla  Bakı problemin həllində vasitəçilik səylərinə necə cavab verməyə hazır olduğunu göstərir, danışıqların davam etdirilməsi və inkişafı üçün nə qədərlə hazır olduğunu isbat edir?... Ermənistan sülh prosesində müsbət cəlbedicilik öhdəliyinə sadiqdir və əlverişli atmosfer yaratmaq üçün səylərini yenə davam  etdirəcəkdir”- deyərək Nağdalyan bildirib. Ermənistanın ünvanına səslənən tənqidlərlə yanaşı Azərbaycanın XİN tərəfindən orada yaşayan ermənilərə davranış , Azərbaycanın barışqan ölkə olması, eləcə də, Ermənistanın daxili siyasi problemləri barədə qeyd edilib.“Maralqıdır ki, öz ərazisində yaşayan ermənilər barədə ölkənin nümayəndəsinin  danışığı  , harada ki, nəinki ermənilərin, hətta onların soyadlarının mövcud olması müxtəlif millətlərin köynəkləri üzərində yazısı belə qadağan olunursa, bəs bu nə deməkdir? . 

Azərbaycanda bu günəcən mövcud olan barışmazlıq Sumqayıt, Bakı və sair yerlərdə törədilmiş anti ermənilik, ermənilərə qarşı  nifrət toxumunun səpilməsi siyasətinin cəzasız qalmasının, Ramil Səfərovun qəhramanlaşdırılmasının və Azərbaycanın 2016-cı ildə Qarabağa qarşı alovlandırılan müharibəsinin nəticəsideyilmi,hansı ki, dəhşətli vəhşiliklərlə dolğun olub. Ermənistanın “daxili siyasi problemlərinə” gəldikdə, demokratik bir cəmiyyətin əsas qaydalarını onlara izah etmək üçün vaxtımızı sərf etmirik”.