Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Erməni mövqeləri istiqamətində 3500-dən çox atəş açıldı
2019-06-03 10:00:48

Mayın 26-dan iyunun 1-dək olan müddətdə Azərbaycan və Artsaxın münaqişəli qoşunlarının təmas xəttində rəqib atəşkəs rejimini 220 dəfəyəcən pozub. Həmin müddətdə erməni dayaq mövqeləri istiqamətində müxtəlif kalibrli silahlardan 3500-dən artıq atəş açılıb.

Diqqətəlayiqdir ki, protokollaşdırılan pozuntulardan 80-ni mayın 31-i gecəsindən iyunun 1-i səhərində baş verib.Həmin zaman Azərbaycanın silahlı qüvvələri 2350 atəş açıb ki, onların böyük əksəriyyəti snayper tüfənglərindən və iri çaplı silah növlərindən olub.

Nəticədə, iyunun 1-də saat 07:30 radələrində ,MO Cənub-Şərq istiqamətində yerləşdirilmiş hərbi hissələrdən birinin müdafiə məntəqəsində MO hərbiçisi, 2000-ci ildə anadan olmuş Sipan Serjiki Melkonyan ölümcül yaralanmışdır.

Artsax Respublikasının Müdafiə nazirliyi, həlak olmuş hərbiçinin ailə üzvülərinə kədərinin bölüşdüyünü bildirərək qeyd edib ki, rəqibin təcavüzü cavabsız qalmayacaq, nəticələrisə ağrılı olacaqdır.