Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycanda xarici sərmayə 39 faiz azalıb
2019-06-03 15:14:30

AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev Azərbaycan-Polşa biznes forumunda çıxışı zamanı İlham Əliyevin Azərbaycanda biznesin  irəliləyişəi oluğu barədə bəyanatına toxunaraq qeyd edib ki,  xarici sərmayə 39 faiz azalıb.

Azadliq.info saytına əsasən, Nemət Əliyev vurğulayıb: "Açıqlanan rəsmi məlumatlar göstərir ki, bu ilin yanvar-aprel aylarında xarici investorlar Azərbaycana sərmayələri 39 faiz azaldıb (1,163 milyarddan 0,704 milyarda düşüb). Bu dörd aylıq sərmayə itkisinin həcmi 459 milyon dollar həcmində dəyərləndirilir. SOCAR kimi ən pullu bir dövlət şirkətinin bu gün qapı-qapı gəzib əhalidən “dollar” toplamağa, dövlət büdcəsindən isə subsidiyalar çəkməyə girişdiyi bir zamanda bu yarım milyarda yaxın sərmayə itkisinin nə qədər böyük itki olmasını anlamaq, əlbəttə, elə də çətin olmamalıdır. Azərbaycan kəndlərinin, şəhərlərinin, o cümlədən kiçik, orta, böyük iş adamlarının da ölkəni tərk etmiş o milyonlara böyük ehtiyacı var. Elə isə biznesin ehtiyac içərisində üzüldüyü bir şəraiti necə “müsbət mühit” kimi xarakterizə eləmək olar?! Bilmək lazımdır ki, xarici sərmayələrin iqtisadiyyatımızda payı bu gün 31 faizə düşüb. Halbuki bu pay bir əvvəlki ildə 48 faiz, iki əvvəlki ildə 63 faiz, üç əvvəlki ildə isə 68 faiz olub. Odur ki, sərmayələrin ölkəni sürətlə tərk etdiyi bir şəraitdə (ümumi inveytisiya qoyuluşu 8,1 faiz azalıb) biznes sahəsində böyük irəliləyişdən danışmaq absurddur".