Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Uşaqları əlindən alınan ana: 'Mənim orientasiyamı məhkəmə 'dəyişib''
2019-06-03 16:08:37

Son rəsmi statistikalar ölkədə boşanma sayının aramsız artdığını göstərir. Bəziləri Geli Rimin nikahının ləğvinə də sıradan “boşanma işi” və statistika kimi yanaşa bilər. Amma bu “ləğvin” bir məqamı diqqət çəkir: yetkinlik yaşına çatmayan uşaqların gələcək taleləri analarına etibar edilməyib. Yasamal Rayon Məhkəməsinin fikrincə, ana başqa ölkənin vətəndaşı olduğundan övladlarının onun himayəsinə verilməsi uşaqların taleyini təhlükəyə atar. 

Bakıda yaşayan Rusiya vətəndaşı Geli Rim Abdel Raxman başına gələnləri AzadlıqRadiosuna danışır.  Geli Rim keçmiş əri ilə Bakıda tanış olduğunu və 2007-ci ildə Azərbaycan adət-ənənəsinə uyğun ailə qurduqlarını söyləyir. Bildirir ki, ikisi oğlan, biri qız olmaqla üç uşaqları var. O, ailəni qorumaqdan ötrü hər çətinliyə dözdüyünü, güzəştə getdiyini də sözlərinə əlavə edi. 

Geli Rimin keçmiş əri ilə əlaqə saxlamaq cəhdləri boşa çıxdığından, AzadlıRadiosu onun Yasamal Rayon Məhkəməsi qətnaməsindəki izahatına istinad edəcək.

Qətnamədə qeyd olunur ki, ər məhkəməyə ilkin müraciətində arvadının evi atıb getməsindən, tüfeyli həyat sürməsindən şikayətlənib. Ancaq daha sonra “iddia tələbinin dəqiqləşdirilməsi” üçün məhkəməyə yeni ərizə verib. Bu dəfə o, həyat yoldaşının mobil telefonda bir xanımla olan yazışmasını oxuyub şoka düşdüyünü və bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsinə müraciət etdiyini bildirib. O, məhkəmənin diqqətinə çatdırıb ki, arvadı ilə həmin xanım arasında isti münasibətin mövcudluğunu sahə müvəkkili də tədiqləyib. Keçmiş ər yerli saytlardan birinə isə bildirib ki, əsas narahatlığı uşaqların ölkədən çıxarılması ilə bağlıdır. Geli Rim keçmiş ərinin söylədiklərini uydurma sayır və deyir ki, uşaqları əlindən almaq üçün ona böhtan atılıb.

Məhkəmə uşaqların kimin yanında qalma məsələsi ilə bağlı iki dövlət orqanından münasibət öyrənib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyində qeyd olunur ki, ər 10 illik ailə həyatı müddətində münasibətlərinin normal olduğunu, həyat yoldaşının davranışında və cinsi orientasiyasında fərqli heç bir hala rast gəlmədiyini bildirib. Bundan əlavə o, ayrı yaşadığı 9 ayda ailəsinə maddi kömək etmədiyini də etiraf edib. Rəyə görə, fikirləri öyrənilən uşaqlar atasının anasına qarşı zorakılıq törətdiyini, ataları üçün darıxmadıqlarını və onunla görüşmək istəmədiklərini bildiriblər. Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası isə Geli Rimin rəfiqəsi ilə telefon yazışmalarının məzmununa görə uşaqların atanın himayəsinə verilməsinin tərəfdarı olub.

Hüquqşünas Hafiz Həsənov-un fikrincə, məhkəmənin gətirdiyi dəlillərin heç bir hüquqi əsası yoxdur.

AzadlıqRadiosuna danışan ekspertlər bildirirlər ki, hətta iddia əsaslı olsa belə, Yasamal Rayon Məhkəməsinin cinsi orientasiyaya görə məhdudiyyət tətbiq etməsi insan hüquqlarının kobud surətdə pozulmasıdır və bu fakt ölkənin beynəlxaq imicinə zərər vura bilər. Onlar ABŞ Dövlət Departamentinin “2018-ci ildə Azərbaycanda insan hüquqlarına dair hesabat”ına diqqət çəkirlər. Həmin sənəddə cinsi azlıq nümayəndəsi olan şəxslərin psixi xəstə adlandırılaraq hərbi xidmətə yararsız sayılması, işdən azad olunması, polisin onlarla pis rəftarı və s. barədə fikirlər yer alıb.

Geli Rim iddia edir ki, onun orientasiyası məhkəmə qərarı ilə “dəyişdirilib”. Amma o bu vəziyyətdə də uşaqlarını, onların gələcəyini düşünür.