Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
AZAL Bakı-Nyu York-Bakı reysi ilə uçuşları dayandırır və “Boeing 737 MAX 8” təyyarələri almayacaq
2019-06-03 17:57:43

Azərbaycan “Boeing” şirkəti ilə 10 ədəd “Boeing 737 MAX 8” təyyarəsinin alınması haqqında bağlanmış müqaviləni ləğv edib. Bu xəbəri "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidməti Amerikanın Səsinə təsdiq edib.

2017-ci ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatoru olmalı idi. Müqavilənin ümumi dəyəri təxminən 1 mlrd. dollar təşkil edib. Müqavilə çərçivəsində təyyarələr Azərbaycana 3 il ərzində gətirilməli idi.

İqtisad elmləri doktoru Qubad İbadoğlu Bakı-Nyu York – Bakı təyyarə reysinin dayandrəlmasını səmərəli hesdab etmir.

“AZAL rəsmiləri bunu təyyarə parkını artıra bilmədiklərinə görə, marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərarı ilə əsaslandırıb. Bu isə o deməkdir ki, Bakıdan Nyu Yorka uçuş gəlirli olmayıb. Əslində mən bunun gerçəkliyinə şübhə ilə yanaşıram. Çünki, AZAL-ın uçuşlarına qiymətlər baha və eyni zamanda tələbat yüksək olaraq qalmaqdadır. Xüsusilə də yay aylarında bir tərəf üçün ən ucuz bilet 500 dollar, gediş-gəlişin qiyməti isə 1000 dollar ətrafındadır. Halbuki, Ukrayna Hava Yollar, Qatar Hava Yolları ilə bu marşrutu AZAL-la müqayisədə 2 dəfə ucuz qiymətə qət etmək mümkündür.

Bakı-Nyu-York-Bakı reysi Azərbaycanla ABŞ arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi əlaqələr baxımından əhəmiyyət kəsb edir. Əslində bu iqtisadi deyi, siyasi layihə kimi fəaliyyətə başlamışdır. Bu gün onun dayanması da siyasi səbəblərlə bağlıdır. Hətta həqiqətən də AZAL bu marşrut üzrə uçuşu rentabelliyə görə dayandırırsa, şübhəsiz ki, rentabelliyin aşağı olması AZAL-ın idarəçiliyinin zəifliyi ilə əlaqədardır. Çünki, bu marşrut üzrə tarif siyasətinin düzgün qurulmamasına, xidmətin keyfiyyətinin aşağı olmasına görə bölgədən ABŞ-a gələnlər, eləcə də ABŞ-dan Azərbaycana gedənlər alternativ marşrutlara daha çox üstünlük verirlər.

Hesab edirəm ki, AZAL-da köklü dəyişikliklərə ehtiyac vardır. Bu dövlət konserni restrukturizasiya və özəlləşdirmə tədbirlərindən keçməlidir, əks təqdirdə on milyardlarla sərmayə "yeyən", müasir infrastruktura malik olan şirkət hələ bundan sonra da rentabelsiz işləyəcək və dövlət borclarının artımına xidmət edəcək".