192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda şəhid ailələri prezident administrasiyasının qarşısına toplaşıb
2018-11-27 14:21:14

Azərbaycanda şəhid ailələrinin 80-ə yaxın nümayəndəsi bu gün yenidən prezident administrasiyasının qarşısına toplaşıb. Onlar doğmalarının ölümünə görə ayrılan kompensasiyanı ala bilmədiklərindən şikayətlənirlər.

"Turan" informasiya agentliyinin bildirdiyinə görə, onlar "Şəhidlərin haqqı yeyilməz!" şüarını səsləndiriblər. Bu barədə aksiya iştirakçılarından biri Toğrul Qocayev bildirib.

"Artiq 7-ci dəfədir ki, hökumətə tələblərimizi çatdırmaq, dövlətdən istəyimizi əldə etmək üçün toplanırıq. Hələ ki bir nəticə yoxdur. Məmurlar hər dəfə bizi müxtəlif vədlərlə yola salırlar", - T.Qocayev qeyd edib.

Onun sözlərinə görə, bir həftə öncə Prezident Administrasiyasından deyiblər ki, fərdi qaydada məhkəməyə müraciət etsinlər və yardım göstərəcəklərini vəd ediblər.

Bu gün şəhid ailələrinin qarşısına heç kim çıxmayıb. Hüquq- mühafizə orqanları ilə iş şöbəsi və hərbi müşavirlik telefonlara cavab verməyib.