Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Siyasi şərhçi: Azərbaycan hakimiyyətinin iradəsi, istəyi olsa da, olmasa da, islahatlar qaçılmazdır
2019-06-03 17:08:39

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu yaxınlarda yerli mediaya müsahibəsində bildirib ki, mühacirlər istədikləri vaxt vətənə dönə bilər. Onlar üçün hər hansı bir təhlükə yoxdur.

Bu bəyanatdan az keçməmiş Azərbaycanda mühacirlərə qarşı kampaniya başladıldı. Almaniyada yaşayan mühacir, bloqer Tural Sadıqlı barәsindә cinayәt işi açıldığını dedi. Avropada yaşayan bir çox siyasi mühacirin Azərbaycanda yaşayan qohumlarına qarşı təzyiqlər artdığı haqda məlumatlar yayıldı. Siyasi mühacirlərin qohumları hədələndi, polisə aparıldı. Video-bloger Qabil Məmmədovun bütünlüklə ailə üzvləri Tovuz rayon polis şöbəsinə aparıldığı deyildi. Q.Məmmədovun sözlərinə görə, bütün ailə üzvlərinə ondan məcburi imtina sənədi yazdırıblar. Digər siyasi mühacirlər Mübariz Kərimovun bacısı oğlu və Səbuhi İsmayılovun anası işdən çıxarılmaqla təhdid olunublar. Siyasi mühacir Əli Məmmədovun da qohumları Yevlax polisinə çağırılıb. Məcid Mehdilinin isə atasına Sabunçu rayonu 13-cü polis bölməsindən telefon edərək deyiblər ki, mayın 10-da Berlində keçirilən mitinqdə Məcidin iştirakına görə ona sonuncu xəbərdarlıq edilir. Bu barədə məlumatı Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı yayıb. Ümumilikdə məlumata görə, son günlər təşkilatın 47 üzvünün qohumlarına təzyiq göstərilib.

Bundan başqa, hakimiyyətə yaxın olan mediada siyasi mühacirlərə qarşı təhqir, böhtan, aşağılayıcı mövzularda materiallar yayımlanır.  Siyasi şərhçi Azər Rəşidoğlu mövzu ilə əlaqədar Meydan.tv-nin suallarını cavablandırıb: " Əslində, ağıllı insanların hər biri dərk edir ki, proseslər bu səpkidə davam edərsə, hakimiyyət və ölkə üçün heç də yaxşı olmayacaq. Səməd Seyidov illərdir dolayısı ilə də olsa, həyəcan təbili çalır və hakimiyyəti inandırmağa çalışır ki, yumşalma siyasəti aparılmalıdır, artıq işlər belə getmir, ciddi islahatlara ehtiyac yaranıb. İslahatlar isə korrupsiyalaşmış, “asıb-kəsmək”dən başqa heç bir şey “qabiliyyət” nümayiş etdirə bilməyən komanda üçün fiasko anlamına gəlir. Bu səbəbdən də Səməd Seyidovun mesajından sonra “köhnələr” öz aqressiyalarını daha ifrat formada büruzə verməyə başladılar. Bu aqressiya əslində, mühacirlərə qarşı deyil, məhz ölkə rəhbərinə və yumşalma kursuna qarşı aparılan açıq təbliğat idi. Baş verənləri obyektiv dəyərləndirsək, görünən odur ki, prezident korrupsiyaya uğramış komandasının hikkəsindən asılı vəziyyətə düşüb".

Ona əsasən, bütün bu aqressiyanın və təqib kampaniyasının arxasında islahatlara, yumşalmaya mane olan köhnə qvardiya dayanır. Azər Rəşidoğlu vurğuladı ki, Azərbaycan hakimiyyətinin iradəsi, istəyi olsa da, olmasa da, islahatlar qaçılmazdır, çünki hakimiyyət gözəl anlayır ki, bu cür idarəçilik fiaskoya aparır.