Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Nazirliyin qarşısında aksiya keçirən məhkəməyə verilib
2019-06-03 16:17:21

Səhiyyə naziri Oqtay Şirəliyevin təkbaşına aksiya keçirən Teymur Kərimovu məhkəməyə verdiyi bildirilir. T.Kərimov internet televiziyalarından biri ilə əməkdaşlıq edir.

Bu barədə AzadlıqRadiosuna T.Kərimovun özü məlumat verib. Onun sözlərinə görə, nazirə böhtan atıldığı iddia olunaraq Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.

T.Kərimov qeyd edir ki, onun Cinayət Məcəlləsinin (CM) 147.2-ci (Böhtan) maddəsi ilə cəzalandırılması istənilir. Əgər T.Kərimovun həmin maddə üzrə təqsiri sübuta yetirlərsə, ona 3 ilə qədər həbs cəzası verilə bilər.

T.Kərimov bildirib ki, məhkəmə iddiasının səbəbi onun mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına keçirdiyi aksiya zamanı dediyi sözlər olub: «Anam onkoloji xəstədir və xəstəxanada ona lazım olan dərmanlar və reaktivlər vaxtlı-vaxtında verilmir, həkimlər rüşvət alır. Ona görə aksiya keçirmişəm».

T.Kərimov bildirib ki, məhkəməyə dediyi sözlərin sübutunu təqdim edəcək: «Anama lazım olan dərmanlar verilmir, dərmanların siyahısı var və qoy səhiyyə naziri sübut etsin ki, onlardan heç olmasa, biri anama verilib».

T.Kərimov əlavə edib ki, iddia ilə razı deyil və məhkəmənin nazirin iştirakı ilə keçirilməsini istəyəcək.

Məhkəmə prosesinin iyunun 7-də başlayacağı gözlənir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi və nazirdən münasibət öyrənmək, hələlik, mümkün olmayıb.