192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda bank borcları ifrat həddə
2018-11-27 16:00:00

Azərbaycanda sahibkar və fərdi şəxslərin problemli kreditlərinin məbləği region ölkələri arasında ən yüksək səviyyədədir. Qaytarılmasında çətinliklər yaranan kreditlərin həcmi ümumi kredit portfelinin 15 faizinə çatır. Bu isə dünya üzrə qəbul olunmuş 6 faizlik orta göstəricinin az qala 3 dəfə üstələnməsi deməkdir.

Ə.Həsənov bildirir ki, ölkədə faktiki faiz dərəcələri yüksək olsa da, Mərkəzi Bankın hesabatlarında orta faiz dərəcəsi 10 faizi keçməyib: “Mərkəzi Bankın rəsmi hesabatlarında ölkə üzrə faiz dərəcəsinin 10 faizdən yüksək olmadığı qeyd edilir.

Hüquqşünas Əkrəm Həsənov əmindir ki, hazırda Azərbaycanda mövcud olan problemli kreditlərin 60-70 faizi məhz bankların idarəçi və sahiblərinin özlərinə verilmiş vəsaitlərdir: “Uzunmüddətli, aşağı faizlə, girovsuz və ya az girovla verilmiş kreditlərin hamısı qeyd etdiyim şəxslərdədir. Sadə vətəndaşın və sahibkarların kreditləri ümumi problemli məbləğin 30 faizinə güclə çatar. Bunun də bir qismi imkanı olsa belə, yaranmış vəziyyətdən istifadə edərək borcunu ödəmək istəməyənlərdir”.

Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan hökumətinin problemli kreditlər məsələsinə bu münasibətinə "Azərbaycan müharibə şəraitində olduğundan, kredit borclarını silə bilmir" deyib.