192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
"Azərpoçt" AİHM-ə şikayətləri "itirib"
2018-11-27 16:38:00

"Turan" informasiya agentliyinin bildirdiyinə görə, '"Respublikaçı Alternativ" (REAL) Partiyasının rəhbərlərindən Azər Qasımlının bu ilin mayında inzibati qaydada həbs olunmasından Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndərilmiş şikayət ərizəsi ünvan sahibinə çatmayıb.

Qasımlının verdiyi məlumata görə, iyulda vəkili "Azərpoçt" vasitəsilə (dövlət poçt müəssisəsi) AİHM-ə ərizə göndərib.

"Amma vəkilimin bildirdiyinə görə, şikayətimiz poçtdan yox olub", deyə Qasımlı Turan-a bildirib.

Onun sözlərinə görə, Avropa Məhkəməsinə yerli məhkəmələrin sonuncu qərarından sonrakı 6 ay ərzində şikayət etmək lazımdır. "Həmin müddət, hələlik, başa çatmayıb. Tezliklə şikayəti yenidən göndərəcəyik. Hər bir halda bu şikayət alternativ yolla ünvanına çatacaq".

Bundan əvvəl vəkillər Nemət Kərimli, Əsabəli Mustafayev, Elçin Sadıqov da gənc fəal Bayram Məmmədov, AXCP sədr müavini Fuad Qəhrəmanlı, "Azadlıq" qəzetinin əməkdaşı Seymur Həzi və başqa məhbusların işi üzrə AİHM-ə göndərilən şikayət ərizələrinin "itdiyini" bildiriblər. Sonradan onlarla bağlı şikayətlər yenidən göndərilib.

Bir müddət əvvəl "Azərpoçt" məktubların itdiyini etiraf edərək, bunu sensasiyaya çevirməməyə çağırmışdı. Amma bir sıra hüquqşünaslar hesab edirlər ki, məktublar texniki səbəblərdən itmir, bu, hakimiyyətin şikayətlərin AİHM-ə çatmasını istəməməsinin nəticəsidir.

Bu arada, Qasımlının sözlərinə görə, dekabrın 13-də AİHM onun avqustun 16-dan etibarən ölkədən çıxışına tətbiq edilmiş qadağadan verdiyi şikayəti ilə bağlı qərarını elan edəcək.