Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Artsax XİN: “Azərbaycanın gərginliyi artırmaq cəhdi münaqişə zonasında araşdırıcı mexanizm tədbiq etməyin mühüm olmasını təstiqləyir”
2019-06-04 10:27:39

İyunun 1-dən Azərbaycan atəşkəs rejimini kobudluqla pozur. Bunun nəticsində isə Artsaxın Müdafiə Ordusunun  xidmətçisi öldürülüb.Bu haqda Artsaxın XİN bəyanatında bildirilib.

Bəyanatı diqqətinizə təqdim edirik:

“Həmin qəstli öldürülməyə Artsax tərəfinin ünvanına özlərinin düşündükləri kimi dezinformasiya yürüşü ardıcıllıq edib. Güya ki, Artsax tərəfindən Azərbaycan ordusunun mövqelərini atəşə tutmaq nəticəsində azərbaycanlı əskər həlak olub. Onunla bağlı qeyd etmək lazımdır ki, Artsaxın Müdafiə nazirliyinin mətbuat xidməti dərhal dezinformasiyaya reaksiya verərək əmin edib ki, Artsax tərəfi atəşkəs rejiminin qorunmasına qətiyyətli şəkildə əməl edir. Aydındır ki, bu dezinformasiya kampaniyası atəşkəs rejiminin daha da pozulması üçün zəruri informasiya mənbələrinin yaradılmasına yönəlib. Hər iki epizod eyni zəncirin dairələridir və atəşkəs rejimi ilə bağlı öhdəliyini saxlamaqda Azərbaycanın istəməməsinə dəlalət edir.

Azərbaycan tərəfinin gərginliyin artması ilə bağlı cəhdi, bir daha təsdiqləyir ki, Azərbaycan-Qarabağ münaqişəsi zonasında atəşkəs rejimi ilə bağlı beynəlxalq mexanizmlərin tətbiq olunması olduqca vacibdir. Bu səylərin bir hissəsi olaraq 2016-cı ildə Vyana və Sankt-Peterburqdakı razılaşmalar, xüsusilə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəliyi idarəsinin daha da genişləndirilməsi məqsədi ilə atəşkəsin pozulmasının mümkün ola biləcəyini araşdırmaq, eləcə də monitorinq imkanlarını genişləndirməklə dərinləşdirməkdir.

Belə bir mexanizm yalnız mümkün olan hadisələrə dərhal cavab verməyəcək, eyni zamanda atəşkəsin pozulmasına qarşı qarşılıqlı ittihamlardan və təklif olunan bəhanə ilə gərginlikdən çəkindirəcəkdir.Artsax Respublikasının Xarici işlər nazirliyi Artsaxın Müdafiə Ordusunun həlak olmuş hərbiçi Sipan Melkonyanın doğmalarına və yaxınlarına onların kədərini bölüşdüyünü bildirir”.