192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Pambıqçılıq qazancları gözlədiyi kimi olmayıb
2018-11-27 17:56:00

«Bu il Azərbaycanda 132 min hektar ərazidə pambıq əkilib. Gələn il isə 100 min hektar sahədə pambıq əkini nəzərdə tutulur».

«Report» xəbər verir ki, bunu noyabrın 27-də kənd təsərrüfatı naziri İnam Kərimov Masallı rayonundakı Dövlət Aqrar Mərkəzinin (DAİM) açılışında deyib.

«Pambıq mövsümünün sonundayıq. Bu günə (noyabrın 27-si) qədər 215 min ton pambıq tədarük edilib. Bu il orta məhsuldarlıq ötən illə müqayisədə çox – hər hektara 16 sentnerdir. Gələn il daha çox məhsuldarlıq əldə etmək niyyətindəyik. Məqsədimiz intensiv məhsuldarlığa nail olmaqdır», - deyə nazir qeyd edib.

Son illər ölkədə pambıqçılıq əsas hədəf sahələrdən sayılırdı. Son 3 ildə ölkədə pambıq sahələri bir xeyli artırılmışdı.

Müxalifət ölkədə pambıq sahələrinin artırılmasına görə hökuməti tənqid edirdi. Onların fikrincə, «pambıqçılıq qul əməyidir və qazancı da elə də yüksək deyil».