Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Artak Apitonyan son vaxtlar Azərbaycanın hərbi təxribatçılığı nəticəsində vəziyyətin kəskinləşməsindən narahat olduğunu bildirib
2019-06-04 11:30:59

Ermənistan Xarici işlər nazirinin müavini Artak Apitonyan ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Rudolf Mixalka ilə görüşüb. XİN mətbuat xidmətindən verilən məlumata görə,tərəflər Ermənistan və ATƏT arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri və bu məsələ ilə bağlı Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin rolu barədə fikir mübadiləsi aparıblar.

Nazir müavini Apitonyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə Ermənistanın mövqeyini təqdim edərək Minsk qrupunun həmsədri çərçivəsində münaqişənin sülh yolu ilə həll olunmasına Ermənistan tərəfinin öhdəliyini bir daha təsdiqləyib. O,Ermənistanın sülh üçün əlverişli şərait yaratmasına böyük əhəmiyyət verdiyini vurğulayıb və bu kontekstdə Azərbaycanın hərbi təxribatları nəticəsində vəziyyətin kəskinləşməsi və Artsaxın Müdafiə Ordusunun hərbiçisinin öldürülməsi,həmçinin Azərbaycan parlamentində zorakılığa və nifrətçiliyə çağırışıyla əlaqədar narahatlığını bildirib. Tərəflər ATƏT çərçivələrində inamın möhkəmləndirilməsinə, o cümlədən ictimaiyyətlər arasında təmaslar məsələsinə toxunub.Nazir müavini Apitonyan qeyd edib ki, ictimaiyyətlər arasında təmaslar əlavə dəyərə malik ola bilər, əgər Artsaxın ictimaiyi nümayəndələri də tədbiq olunarsa.