Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq“ vəkilə təzyiqləri pisləyib
2019-06-04 13:02:04

"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq" (ASMAUİ) Bakının Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsində vəkil Orxan Kəngərliyə qarşı zorakılığı pisləyib.

O.Kəngərli müttəhimlə görüşmək üçün polis bplməsinə gedib. Vəkilin öz peşə fəaliyyətini yerinə yetirməsinə, lazımi sənədləri təqdim etməsinə baxmayaraq, polis işçiləri onu döyərək müttəhimin kamerasına salıblar.

"Polis müəssisələrində vətəndaşların hüquqlarının pozulması, işgəncələr, məsul şəxslərin özbaşınalığı əvvəllər də olub. Təəssüf ki, buna görə heç kim cəzalandırılmayıb və bu cəzasızlıq yeni cinayətlərə yol açıb", - ASMAUİ-nin koordinatoru Elşən Həsənov bildirib.

ASMAUİ polis özbaşınalığına və diktaturasına qarşı qəti etirazını bildirib.

"Biz bu cinayətin araşdırılmasını və məsul şəxslərin qanunla cəzalandırılmasını tələb edirik", - sənəddə qeyd olunur.

E.Həsənovun sözlərinə görə, Azərbaycanda vəkillərə təzyiqlər artıq beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

"Mayın 29-da saat 19:00-da Hollandiya mərkəzi radiosu ilə Azərbaycanda vəkillərə təzyiqlər haqda xüsusi veriliş yayımlanıb. Verilişin müəllifi Ad Nuis ölkədə siyasi məhbusların hüquqlarını müdafiə edən vəkillərin sayının kəskin azalmasından danışıb. Müəllif Əlaif Həsənov və Yalçın İmanovdan müsahibə götürüb. Onlar Vəkillər Kollegiyasından necə və niyə xaric edilmələrinin səbəblərini açıqlayıblar", - Ə.Həsənov deyib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının rəhbərliyi bildirib ki, vəkilin döyülməsi ilə bağlı araşdırma aparılmasına və günahkarların cəzalandırılmasına nail olacaq. DİN isə vəkilə qarşı təzyiq faktını inkar edir və onu ictimai asayişi pozmaqda, polisin işinə mane olmaqda ittiham edir və bu barədə protokol tərtib edilib.

*ASMAUİ 2018-ci ilin noyabrında hüquq müdafiəçiləri Leyla Yunus, Elşən Həsənov, Hilal Məmmədov və Azərbaycan Ziyalılar İttifaqının rəhbəri Eldəniz Quliyev tərəfindən yaradılıb.