Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ermənistan və Özbəkistan səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
2019-06-04 13:40:08

Səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək məqsədiylə Səhiyyə naziri Arsen Torosyan iki günlük səfərdə Özbəkistanda olub. Arsen Torosyan Özbəkistan Səhiyyə nazirinin müavini Alsank Şadmanov ilə görüşüb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyindən məlumat verilib. Tərəfdaşlar qarşılıqlı maraq doğuran proqramları müzakirə edərək, sahə münasibətlərini gücləndirmək naminə müqavilə imzaladılar. Əməkdaşlıq sahələrini genişləndirməklə səhiyyə sistemində islahatlar yolu ilə əlaqələri dərinləşdirmək planlaşdırılır.Eyni zamanda nəzərdə tutulub ki, kompleks tibbi xidmətlərlə yardım etmək, əczaçılıq fəaliyyəti, həmçinin elmi və tibbi kadrların hazırlanması, informasiya və əlaqələnmə sistemlərinin səhiyyədə inkişafı həyata keçirilsin.