Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Bako Sahakyan Ernekyan Qrupunun Erməni filialının direktoru ilə görüşüb
2019-06-04 15:09:14

İyunun 4-də, Artsax Respublikasının Prezidenti Bako Sahakyan Ernekyan qrupunun Erməni filialının direktoru Xorxe Del Aqila Ernekyanla görüşmüşdür. Artsax Respublikası Prezidentinin iş heyəti üzrə Baş İnformasiya idarəsindən verilən məlumata görə, bir sıra proqramların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Prezident Bako Sahakyan Ernekyan Qrupunun müxtəlif sahələrinin inkişafında fəal iştirak etdiyini məmnuniyyətlə qeyd edərək, gələcəkdə də təşkilatla sıx əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirdi. Görüşdə Dövlət naziri Qriqori Martirosyan və digər rəsmi şəxslər həmçinin iştirak edib.