Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Kipr, Ermənistan və Yunanıstanın Xarici işlər nazirləri birgə bəyənat qəbul edib
2019-06-05 12:10:11

Kipr, Ermənistan və Yunanıstan Xarici işlər nazirləri Nikos Kristodulides, Zohrab Mnatsakanyan və Corc Katruqalusun Nikosiyada üçtərəfli görüşdən sonra birgə bəyanat qəbul edib.

Bəyanatda deyilir ki, üçtərəfli əməkdaşlığın yeganə məqsədi iştirakçı ölkələr arasında geniş siyasi dialoq və əməkdaşlıq yolu ilə sülh, sabitlik və rifahı təmin etməkdir. Nazirlər Kipr problemi və Türkiyə tərəfindən Kipr Respublikasının xüsusi iqtisadi zonasının pozuntuları , Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in Minsk Qrupunun həmsədrliyi altında baş verən gərginliyi azaltmağa istiqamətlənmiş səylər və Prespa razılaşmasını həyata keçirmək ətrafında fikir mübadiləsi aparıb.

Onlar Avropa Birliyi ilə Ermənistan arasında münasibətləri müzakirə ediblər. Kipr və Yunanıstan bu münasibətləri möhkəmləndirmək üçün Şərq Tərəfdaşlığının, həmçinin bir tərəfdən Avropa Atom Enerjisi Birliyi və üzvləri arasında və digər tərəfdən Ermənistan arasında Təffərrüatlı və genişlənmiş tərəfdaşlıq razılaşması çərçivələrində dəstəklərini bildirdi.

Nazirlər dövlətlərin və ya hökumət başçılarının ilk zirvə toplantısının yanvar ayında Ermənistanda keçirəcəyi barədə razılığa gəliblər.