192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
N.Paşinyan: “Azərbaycan Karen Ğazaryanı gərək qaytarsın,bu humanitar məsələdir”
2018-11-28 12:15:35

Bu gün ER Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanda  girov  götürülərək saxlanılan Karen Ğazaryanın  valideynləriylə görüşəcək. Bu haqda o, Noyemberyan şəhərində deyib.”Azərbaycan, Artsaxda  olan 3  azərbaycanlını yarıformal təklif edib.Lakin, Artsaxda  Azərbaycanın 2  vətəndaşı  20 illik, digərisə  ömürlük  azadlıqdan məhrum olunaraq həbs olunmuşdur.Ona görə ki,  onlar Artsax vətəndaşını öldürmüşlər.İndi məsələ aşağıdakıdır, həmin  öldürülən  vətəndaşların  doğmaları, qohum əqrabaları, razılaşarmı ki, öz uşaqlarını öldürənləri Artsax Azərbaycana qaytarsın?.Aydındır ki, razı olmayacaq, çünki Azərbaycan həmin cinaytəkarlardan yeni Ramil Səfərovlar yaradacaq.Bunun  siyasi və praktik nəticələrini biz özümüz daşımaq istəyirik.Türkiyə tərəfindən  bir gənc  çaşaraq sərhəddi keçmişdi və biz  ilkin şərt olmadan onu  öz ölkəsinə  göndərdik. Onlar Kareni eyni  tərzlə  göndərsələr məntiqli olardı.Biz Karenin məsələsiylə məşğul olmuşuq və eləcə də Düşənbə şərtləşməsiylə əldə olunan kanalla məşğul oluruq.. Bu aydın, humanitar məsələdir və biz var qüvvəmizdən istifadə edəcəyik ki, bu məsələnin həllinə  çataq”-deyərək  Nikol Paşinyan  bildirib.