Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Erməni-İsrail tərəfdaşlığı İT sahəsində böyük potensiala malikdir və maraq çoxdur
2019-06-07 11:47:48

Baş nazir Nikol Paşinyan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forum çərçivəsində İsrail İqtisadiyyat nazirliyinin İnnovasiya Mərkəzinin direktoru Aharon Aharon ilə görüşüb.

Baş nazir Ermənistanla İsrail arasında yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı və qeyd edib ki, bu sahə Ermənistan hökumətinin önəmliklərindən biridir.

Nikol Paşinyan vurğuladı ki,məqsədimiz iqtisadiyyat strukturlarında yüksək texnologiyalı lokomotivin olmasıdır və icra hakimiyyəti sektorun inkişafı naminə əlindən gələni edəcəkdir. İsrail İqtisadiyyat Nazirliyinin İnnovasiya Mərkəzinin direktoruna bildirib ki, Dünya İT Konqresi bu ilin payızında Yerevanda keçiriləcək və İsrail şirkətlərini bu mühüm tədbirdə iştirak etməyə dəvət edib.

Aharon Aharon iki İT ölkəsi arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, özəl sektor arasında əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı. İsrailin İqtisadiyyat nazirliyinin, İnnovasiya Mərkəzinin direktorunun sözlərinə görə, yüksək texnologiyalar sahəsində Ermənistan-İsrail əməkdaşlığı böyük perspektivlərə malikdir və ölkənin hökuməti Ermənistanla münasibətlərin inkişafı və möhkəmləndirilməsində olduqca maraqlıdır. Aharon Aharon təklif edib ki, Ermənistanda İsrailin İT nümayəndəsinin yaradılması və hökumətlərarası müqavilənin imzalanması nəzərdən keçirilsin.