Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Mərkəzi Bankın müsbət addımı zamanın tələbinə, indiki iqtisadi reallıqlara uyğun deyildir
2019-06-07 14:27:11

«Mərkəzi Bankın (MB) uçot dərəcəsini 8.75 faizdən 8.5 faizə endirməsi istənilən halda müsbət addımdır. Amma bu addım zamanın tələbinə, indiki iqtisadi reallıqlara uyğun deyil».

Bunu AzadlıqRadiosuna AXCP İqtisadiyyat komissiyasının sədri Nemət ƏliyevMərkəzi Bankın iyunun 7-də uçot dərəcəsini endirilməsi ilə bağlı açıqladığı məlumatı dəyərləndirərkən bildirib.

N.Əliyev deyib ki, ölkədə kreditləşdirmə əsasən dayanıb və bunun da bir səbəbi uçot dərəcəsinin yüksək olmasıdır: «İndiki halda MB kreditləri kommersiya banklarına 8.5 faizə verir. Kommersiya bankları da qazana bilmək üçün bir o qədər də özləri artırır. Bu da edir 17 faiz. Bundan əlavə sahibkar da qazanmalıdır ki, istehsalı genişləndirsin, işçi qüvvəsini maddi baxımdan təmin edə bilsin. Deməli, sahibkar ən aşağısı 34 faiz qazanmalıdır ki, həm kreditləri qaytara, həm də istehsalını genişləndirə bilsin. Amma Azərbaycanda sahibkarın bu qədər qazana bilmək imkanı varmı?».

İqtisadçının fikrincə, uçot dərəcəsi aşağı salınsa da, bu, real sektorun kreditləşdirilməsındən ötrü yetərli deyil: «İqtisadiyyatı elə bir hala salıblar ki, hətta istəsə belə, inflyasiyanı sürətləndirmək gücünə malik deyil. Uçot dərəcəsi 1 faiz həddində olmalıdır ki, iqtisadiyyatda hansısa bir inkişaf baş vermiş olsun».

N.Əliyev deyib ki, indiki halda uçot dərəcəsinin aşağı salınmasının əsas hədəfi kreditləşdirməni sürətləndirməkdir: «Amma bu niyyət hədəfə yetəcəkmi, yetməyəcəkmi, bunu zaman göstərəcək».