Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Prokuror realliq.info saytının rəhbərinin həbs edilməsini istəyir
2019-06-07 18:09:54

Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində realliq.info saytının redaktoru İkram Rəhimovun işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib. Bu barədə Turan agentliyi məlumat yayıb.

O, Rəhimovun 182.2.2-ci (təhdid yolu ilə pul tələb etmək, təkrarən törədildikdə) maddə ilə təqsirli bilinməsini və 6,5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Vəkil Elçin Sadıqov yekun çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakim növbəti iclası iyunun 12-nə təyin edib.

 Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, təhdid yolu ilə pul tələb etməkdə ittiham olunub və məhkəmənin qərarı ilə həbs edilib. Həbsindən əvvəl Rəhimov Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib edildiyini bildirib.