192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan firavanlıq indeksində 99-cudur
2018-11-28 12:00:38

Son 12 ildə dünyada firavanlıq ən yüksək səviyyəyə çatıb, yəni, daha çox adam həmişəkindən yaxşı yaşamağa başlayıb. Bunu noyabrın 28-də açıqlanmış Legatum Rifah İndeksi üzə çıxarıb.

Norveç artıq ikinci ildir bu reytinqdə başda gedir.

Son beş ildə dünyada 113 ölkədə rifah səviyyəsi yüksəlib. Bunlar indeksdəki ölkələrin 75 faizini əhatələyir və bu ölkəklərdə altı milyard adam yaşayır.

İndeks Asiya-Sakit Okean regionunun son 10 ildə ən sürətlə artdığını üzə çıxarıb. Burada orta və aşağı səviyyəli ölkələr rifah səviyyələrini sürətlə yaxşılaşdırıblar. Ən çox diqqəti çəkən isə Nepal, İndoneziya və Hindistandır.

Ümumilikdə, sürətli yüksəliş yaşayan ölkələrdə sakinlər 10 il öncəkindən daha yaxşı yaşadıqlarını bildiriblər.

Azərbaycan 99-cu yerdədir. Qonşulardan Ermənistan 88, Gürcüstan 80, Rusiya 96, İran 108-ci yerdədir.