Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Sahibkarlar qeyri-normal cərimələrdən əziyyət çəkir
2019-06-07 15:10:12

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Gömrük orqanların tәrәfindәn tәdbiq olunan cәrimәlәrin düzgün olmadığını hesab edir.

Belə ki, fevralın 1-dən qanunvericiliyә edilәn dәyişiklikliyә görә, ölkəyə gətirilən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Bәyannәmә vaxtında verilmәsә, vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə min beş yüz manat cərimə ödəyir.

"Bu cərimələrin ölçülərini kim müәyyәn edir? Şәxsәn mәn ölkәyә 1500 manatdan artıq mәblәğdә mal gәtirmirәm, amma 1500 manat cәrimә ödәmәliyәm", deyə sahibkar bildirib.

Bundan başqa, bəyannamə mal ölkәyә gələndən sonra, yol sənədlərinə əsasən gömrük orqanlarına təqdim edilir.

"Belә olan halda, sahibkar qanun tәlәblәrinә әsasәn bu bəyannaməni mal gәtirmәzdәn əvvəl necə təqdim edә bilәr? Tәk mәn bu problemlә üzlәşmәmişәm. Yüzlәrlә sahibkarlar әziyyәt çәkir vә qanunsuz cәrimә ödәyir. Bu qanun dәyişdirilmәlidir", deyə Xuduoğlu bildirib.

Xatırladaq ki, 2018-ci il dekabrın 28-də Azərbaycan prezidenti Gömrük Məcəlləsində dəyişikliklər haqqında sərəncam imzalayıb. Düzəlişlərə əsasən, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Bəyannamənin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.