Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Davit Tonoyan Amerikanın Atlantika Şurasının fəxri sədrinə regionda təhlükəsizlik vəziyyətini təqdim edib
2019-06-08 10:23:39

İyunun 7-də ER Müdafiə Naziri Davit Tonoyan Amerikanın Atlantika Şurasının fəxri sədri, general Ceyms Consi qəbul edib.

Bu barədə MN İnformasiya  və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilir.

ER Müdafiə Naziri Ceyms Consə regionda təhlükəsizlik vəziyyətini, Ermənistan-Azərbaycan dövlət sərhəddində və Artsax-Azərbaycan qüvvələrinin təmas xəttində olan vəziyyəti təqdim edib, müdafiə sahəsində Ermənistan-Amerika və ER-NATO əməkdaşlığına toxunub.

Həmsöhbətçilər  həm də beynəlxalq və regional təhlükəsizliyə dair bir sıra məsələlər barədə fikir mübadiləsi aparıb.

General Ceyms Cons 1999-2003-cü illərdə ABŞ Dəniz piyadasının komandiri, 2003-2006-cı illərdə Avropada NATO-nun qüvvələrinin ali komandiri, 2009-2010-cu illərdə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçi olmuşdur.