Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycanlı siyasi mühacir Almaniyanın 34 şəhərində təkbaşına aksiyalar keçirib
2019-06-08 12:04:03

Azərbaycanlı siyasi mühacirlərin AND (“Azərbaycanda demokratiya naminə” təşkilat) Hərəkatı iyunun 7-də Almaniyanın Düsseldorf şəhərində aksiya keçirib.

Aksiya iştirakçıları Azərbaycanda repressiya siyasətini, vətəndaşların siyasi motivlərlə təqib olunmasını pisləyib.

Nümayişçilər siyasi məhbusların portreti olan plakatlar qaldırıblar və onların azadlığa buraxılmasını tələb ediblər.

Aksiya iştirakçıları beynəlxalq birliyi Azərbaycanda insan hüquqlarının pozulmasına laqeyd qalmamağa çağırıb.

Azərbaycan hüquq müdafiəçiləri ölkədə 80 nəfərədək siyasi məhbus olduğunu bildirir. Yerli mediada həbsdə olan insalara işgəncələr yer alan məlumatlar dərc edilməkdədir. Medianın məlumatlarının təhlili göstərir ki, insanlar daha çox həbsə alınarkən və istintaq dövründə işgəncəyə, qeyri insani rəftara məruz qalır.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbulsların olmadığını bildirir, tənqidləri qərəzli sayır. Rəsmi Bakı həmçinin insanların fundamental hüquqlarının tam təmin edildiyini, siyasi məqsədlərlə təqiblərin olmadığını bildirir.